Kateqoriyasız

Can üstə olan “Simurq”a daha bir zərbə AFFA-dan

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 36-cı turunun baş tutmayan “Xəzər Lənkəran” – “Simurq” matçı ilə bağlı qərarını açıqlayıb. 
“Simurq” “Xəzər Lənkəran”la görüşdə iştirak etmədiyinə görə Zaqatala təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 2500 manat cərimələnib. 
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 36-cı turunun “Neftçi” – AZAL matçının 55-ci dəqiqəsində AZAL klubunun 18 nömrəli futbolçusu Orxan Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cəza kəsilib.

Oyunun 75-ci dəqiqəsində “Neftçi” klubunun 16 nömrəli futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 36-cı turunun “Sumqayıt”  – “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43