Ölkə futbolu

Canni De Byazi gedir? – AFFA-dan açıqlama

Azərbaycan milli komandasının AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirdiyi Avstriya və İsveç oyunları sonrası baş məşqçi Canni De Byazinin gələcəyi müzakirə mövzusuna səbəb olub.

İki görüşdən də məğlub ayrılan millinin performansı mətbuatda və sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb. Azarkeşlər iki oyunda 9 qol buraxan yığma komandamızın baş məşqçisini istefaya çağırıblar.

Hətta bəzi mənbələr AFFA-nın artıq italiyalı çalışdırıcı ilə yollarını ayırmağa hazırlaşdığını iddia edib. Durumun nə yerdə olduğunu dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxladıq.

Qurum rəsmisi idmanxeber.az saytına etdiyi açıqlamada Canni De Byazinin millidən göndərilib-gəndərilməyəcəyinə münasibət bildirib:

“Baş məşqçinin göndərilməsi AFFA İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdir. Hazırda Canni De Byazi ilə yolların ayrılması gündəmdə deyil”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43