29 Sentyabr 2024
Ölkə futbolu

“Canni De Byazidən dəvət gözləyirəm” – “Qəbələ”nin hücumçusu

“Qarabağ”ın gücü hamıya bəllidir. Hazırlığımız yaxşı gedir. Hər oyunda olduğu kimi, bu görüşə də qələbə üçün çıxacağıq”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərli “Qarabağ” matçı barədə danışarkən deyib. O, Ağdam təmsilçisinin son oyunlardakı uğursuz nəticələrini üstünlük olaraq görmür:

“Qarabağ”ın çox yaxşı heyəti var. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Hər komandanın bir dönəm uğursuz vaxtları olur. Bunun bizim üçün üstünlük olduğunu deməzdim. Ağır oyuna köklənmişik, xal qazanmaq istəyirik”.

25 yaşlı futbolçu Azərbaycan millisinin AVRO 2024 seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya və İsveç oyunlarına dəvət almaq istədiyini də bildirib:

“Milli komanda üçün həmişə hazıram. Mənim üçün böyük şərəf olar. Bu, hər oyunçu kimi mənim də arzumdur. Canni De Byazidən həmişə dəvət gözləyirəm. Ancaq məşqçilərin verəcəyi istənilən qərara hörmətlə yanaşacam”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43