01 Oktyabr 2024
Kateqoriyasız

Cari mövsümdə ikinci dəfə

 Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.

İdmanxeber.az-ın  məlumatına görə, bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə alınması sayəsində mümkün olub.

“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43