28 Sentyabr 2024
Kateqoriyasız

“Caspain Ultras”da rəhbər dəyişikliyi olub

"Xəzər Lənkəran"ın ən böyük fan krupu olan "Caspian Ultras"da rəhbər dəyişikliyi olub.

İdmanxeber.com-a fan klubdan verilən məlumatına görə, "Caspian Ultras"ın rəhbəri vəzifəsində Ramal Novruzovu Ceyhun Əlizadə əvəzləyib.

"Hörmətli idman həvəskarları və futbol azərkeşləri, hər hansı bir birliyin daim stabil fəaliyyəti çox çətindir, çünki kütlənin içində müxtəlif dünya görüş səviyyəsinə sahib və müxtəlif xarakterli insanlar olur.

Fan qrupdaxili anlayışsızlığa səbəb öz təvəzökarlığımız oldu ki, layiqsiz azərkeşlərə belə vacib məqamlarda etibar etdik.

Fan qrupun əsas üzvlərindən olan Ceyhun Əlizadə, Şamxal Tahirzadə və Zaur Həsənovun birillik müddətli həqiqi hərbi xidmətə getməyi və həmçinin Ramal Novruzovun şəxsi iş qrafikinin gərginləşməyi fan qrupun fəaliyyətininin zəifləməsinə gətirib çıxardı.

"Caspian Ultras" fan qrupunun yarandığı gündən öz prinsipləri və hədəfləri olub, son zamanlar bu məqsədlərdən uzaq düşdüyünü görüb fan qrup üzvlərinin tövsiyyəsi ilə fan qrupun məsuliyyətini öz üzərinə götürən Ceyhun Əlizadə fanatların istəyi ilə yeni rəhbər seçilib. Bu işdə ona mətbuat məsələlərində Həsənov Zaur, idarəçilik məsələlərində isə Tahirzadə Şamxal kömək etməyə razılıq veriblər", deyə fanklubdan verilən bəyanatda deyilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43