Kateqoriyasız

“Caspian Ultras” 2013-cü ilin ən yaxşılarını mükafatlandırdı

"Xəzər Lənkəran"ın "Caspian Ultras" fan qrupu 2013-cü ilin yekunları ilə bağlı tədbir keçirib.

İdmanxeber.com-un məlumatına görə, qrupun rəhbəri Ramal Novruzov və idarə heyətinin üzvləri son günlərini yaşadığımız 2013-cü ilin yekunları, bu ildə görülən işlər, buraxılan nöqsanlar haqda danışıblar. Qarşıdan gələn 2014-cü illə bağlı hər kəsi təbrik edən "Cspian Ultras" ailəsi müzakirələr aparıb, qarşıdakı məqsədlərdən söz açıblar.

Tədbirdə ilin ən yaxşıları mükafatlandırılıblar. Sözügedən tədbirə dəvət alan idmanxeber.com və sportal.az saytının əməkdaşları da diqqətdən kənar qalmayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43