26 Fevral 2024
Kateqoriyasız

“Caspian Ultras” “Böyük oyun”a necə hazırlaşır?

Premyer Liqanın IV turu çərçivəsində avqustun 25-də Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçına fan-klubların hazırlığı davam edir.

İdmanxeber.com bu dəfə “Caspian Ultras” fan klubunun prinsipial matçla bağlı hazırlıqlarını sizə təqdim edir.

Fan-klubun rəhbəri Ramal Novruzovu dinləyək:

“Məlum məsələdir ki, bu oyunu böyük edən bizik. Bu oyuna xüsusi olaraq hazırlaşırıq. Fakel yandırıb klubumuzu ziyana salmaq istəmirik. Xüsusi bannerlər hazırlamışıq, yeni şüarlar səsləndirəcəyik. Bundan başqa da bir çox yeniliklərimiz olacaq. Bakıda və Sumqayıtda olan fanatlarımız həmin gün səhər avtobuslarla Lənkərana yola düşəcəklər. Bütün fanatları “İ” sektoruna dəvət edirik”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43