Kateqoriyasız

“Cavab matçı APOEL üçün daha çətin olacaq” – Slavçev

“APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi təəccübləndirdi. Bakıdakı oyun fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Ancaq şansların 50/50-yə olduğunu düşünürəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL-lə ilk oyunundan sonra deyib.

Təcrübəli futbolçu 4 il bundan öncə Kiprin “Apollon” klubunda çıxış edib. O,  sabiq komandasının indi daha güclü olduğunu qeyd edob: “APOEL haqda danışmaq istəmirəm. Çünki mən Kiprdə “Apollon”da çıxış etmişəm və daim bu klubun qəlbimdə yeri olacaq. Orda gözəl vaxt keçirmişəm. Hazırda “Apollon”da hər şey yaxşıdır, təlim-məşq bazası inşa etdirdilər, yaxşı oyunçuları və güclü baş məşqçiləri var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43