Dünya futbolu

“Cavab matçında maksimum diqqətli olmalıyıq” – Qurban Qurbanov

“Bütün şəraiti nəzərə alsaq bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis oyunçularından razı qaldığını bildirib:

“Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Dandolk” cavab qarşılaşması bir həftə sonra “Dalğa Arena”da keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43