Dünya futbolu

Cavid Hüseynov daha bir il “Qəbələ”də!

“Qəbələ” yarımmüdafiəçisi Cavid Hüseynovla müqavilə müddətini artırıb.

İdmanxeber.com-un məlumatına görə, milllimizin üzvü ilə anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatan təcrübəli oyunçu daha bir il “qırmızı-qara” formanı geyinəcək.

Xatırladaq ki, karyerası ərzində “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi” və “Bakı” kimi komandalarda çıxış edən Hüseynov, 2014-cü ildən “Qəbələ”nin uğurları üçün çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43