Müsahibə

Cavid Hüseynov: “Rəqib sadə futbol oynayır”

Milli komandamızın üzvü  Cavid Hüseynov DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə keçirilən oyundan (1:4) sonra  jurnalistlərin suallarını cavablandırıb.

– Aydın məsələdir ki, Almaniya yığması çox güclüdür. Əlimizdən gələn hər şeyi etdik. Təəssüflər olsun ki, məğlub olduq. Ən azından bir xal üçün çox ümidli idik. Öz səhvlərimizin nəticəsində qapımızda asan qollar gördük.

– Qeyd etdiyin kobud səhvlər olmasaydı, bir xal qazanmaq mümkün olardı?

– Bəli, bu, mümkün idi. Rəqib sadə futbol oynayır. Sadəcə, onlar çox güclüdür. İstədiyi zaman hücumun sonluğunu qolla bitirə bilirdi.

– Uzun müddətdən sonra milli komandanın heyətində rəsmi oyuna çıxdın. Hansı hissləri keçirirsən?

– Yığmanın formasını geyinmək mənim üçün hər zaman şərəfdir. Əlimdən gələnin ən yaxşısını edib komandaya fayda verməyə çalışacam

– DÇ-2018-in seçmə mərhələsində 5 oyuna 7 xal toplamısınız. Şanslarınızı necə dəyərləndirirsən?

– Qrupdan çıxmaq istəyiriksə, Şimali İrlandiya ilə oyunda ancaq qələbə qazanmalıyıq.

– Bu gün stadionda anşlaq idi. Atmosferi necə qiymətləndirirsən?

– Çox gözəl atmosfer var idi. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Onlar komandamızı sona qədər dəstəklədilər. Bizim də əlimizdən bu qədəri gəldi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43