İdman

Cavid Hüseynov sərt cəzalandırıldı

AFFA İntizam Komitəsi “Qəbələ”nin kapitanı Cavid Hüseynovu cəzalandırıb.

İdmanxeber.com PFL-in saytına istinadən xəbər verir ki,  Topaz Premyer Liqasının 28-ci turunda “Qarabağ”la matçın 45+2-ci dəqiqəsində  C. Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılldığı üçün  3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” görüşü Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43