16 Sentyabr 2019
Kateqoriyasız

Cavid Hüseynov: “Uduzduğumuz komanda “Qarabağ”dır”

“Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 17-ci turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Oyun çox aqressiv keçdi. Özünüzü necə hiss edirsiniz?

–  İçi mən qarışıq, uşaqlar meydanda əziyyət çəkdilər. Bunun nəticəsini görmək istəyirdik. Deməyə söz tapmıram. Çünki yaxşı oynasaq da, alınmadı. Uduzmağa layiq deyildik.

– Səncə, oyunun ədalətli nəticəsi belə olmalıydı?

– Uduzmasaq yaxşı olardı. Özümüzü bir balaca toparlaya bilsəydik, ikinci hissədə bərabərlik qolunu vura bilərdik.

– Qışdan sonra “Qəbələ” nisbətən özünə gəlmişdi. Ancaq bu gün yenə məğlub oldunuz…

– Məğlub olduq deyəndə ki, “Qarabağ”a uduzmuşuq. Burda nə var ki? Təbii ki, istəməzdik. Necə mübarizə apardığımızı siz də gördünüz.

– Qırılma nöqtəsi 2-ci qol olmadı? Qolu çox erkən buraxdınız. Orada nə baş verdi ki?

– Bəli, hesabı bərabərləşdirdikdən sonra ilk hücumda qol buraxdıq. Sırf ani konsentrasiya itkisindən qapımızda 2-ci topu gördük. Çox tez oldu. Əslində belə davam etsəydik, ilk hissə 1:1 bitsəydi, axırını bilmək olmazdı. Hər şey bizim xeyirimizə də bitə bilərdi.

– Penalti epizodu haqda nə deyə bilərsən?

– Bu haqda nə danışım? Kənardan baxan sizsiniz. Televiziya vasitəsilə, daha aydın görünür.

– Davit Volkovi əvvəlki iki oyundan fərqli olaraq bu görüşdə özünə oxşamırdı…

– Volkovi , “Qarabağ”a qarşı ilk dəfə oynayırdı. Əvvəlki matçlara baxanda bir az zəif çıxış etdi. Daha yaxşı oynaya bilərdi. Amma özünü göstərə bilmədi. Bu, o demək deyil ki, oynaya bilmir.

– Əvvəlki illərdə “Qarabağ”la çempionluq uğrunda mübarizə aparan “Qəbələ” var idi. Bu gün isə həmin komanda yoxdur.

– Siz bugünkü oyunda mübarizəni görmədiniz?

– Söhbət turnir cədvəlindən gedir.

– Açığı, pis oynadığımızı düşünmürəm. Ola bilər, büdcə baxımından əvvəlki illərdə daha inamlı, iddialı görünə bilərdik. Bu gün büdcə aşağı olsa da, zəif sayılmırıq.

– Əvvəlki illərlə müqayisədə büdcə çox azalıb?

– Bəli, kifayət qədər azalıb. Amma bu, bizə mane olmur. Futbolçu meydana çıxanda pul amili o qədər də rol oynamır. Əsas göstərdiyin oyundur. Ancaq təbii ki, maliyyə də önəmlidir.

– Son olaraq, milli komanda ilə bağlı soruşmaq istərdim. Artıq yeni baş məşqçi bəllidir. Hər şey sıfırdan başlayacaq. Yəni, Nikola Yurçeviç üçün Cavid Hüseynov, ya bir başqası hələ elə tanış deyil.

– Əlbəttə, yeni məşqçidir. Oyunlara baxır, kim xoşuna gəlirsə, onu da çağıracaq.

– Səncə, oyunun Yurçeviçin xoşuna gələ bilər?

– Bilmirəm. Bu barədə nəsə deməyə çətinlik çəkirəm.

Oxşar xəbərlər

“Neftçi” – “Bney Yehuda” matçında anşlaq olacaq

admin

Daha bir legioner “Qarabağ”dan ayrıldı – rəsmi

admin

Həbib Nurməhəmmədovdan növbəti qələbə

admin