29 Sentyabr 2024
Kateqoriyasız

Cavid Hüseynovla bağlı Baş Prokurorluğa təqdimat verildi

“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynova bəraət verilməsi üçün onun vəkili Adəm Məmmədov Bakı Şəhər Prokurorluğuna vəsatət təqdim edib.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə A.Məmmədov məlumat verib.

Vəkil jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı açılmış cinayət işinə görə həbs edilmiş C.Hüseynova bəraət verilməsini istəyib. A.Məmmədov bildirib ki, Bakı Şəhər Prokurorluğuna təqdim edilən vəsatətə 48 saat ərzində baxılacaq.

Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43