Milli komanda

Cavid İmamverdiyev: “Mahir Şükürov və Araz Abdulayevin də…”

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev milli komandanın İsrail yığması ilə oyununa münasibət bildirib. Gənc yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Millimizin İsrail yığması ilə oyunu çətin, bir o qədər də maraqlı alındı. Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək məncə, yaxşı nəticədi. Hiss olunur ki, milli komanda gündən-günə daha yaxşı təsir bağışlayır. Komanda yoldaşlarım Mahir Şükürov və Araz Abdulayevin də bu nəticənin qazanılmasında böyük payı var. Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdi. Mən də öz növbəmdə çalışacam ki, “Neftçi”nin heyətində möhkəmlənib mütəmadi olaraq milli komandanın heyətinə dəvət olunum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43