İdman

“CBC Sport”da yeni film – ANONS

Azərbaycanda ən çox sevilən idman növlərindən olan cüdonun tarixi haqqında film çəkilib.

İdmanxeber.com-un məlumatına görə, filmin müəllifləri bir neçə ay öncə “26-cı dəqiqə” adlı sənədli filmini ərsəyə gətirən CBC Sport telekanalının Proqramlar şöbəsinin aparıcısı və müəllifi Vəfa Ağabalayeva, layihə rəhbəri isə beynalxalq festivallar laureatı Azər Əliyevdir. “Qələbə yolu” adlanan sənədli filmdə Azərbaycan cüdosunun tarixindən və bu günündən bəhs edir. Film iyunun 23-ü, saat 21:00-da efirə gedəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43