İdman

“CBC Sport”un əməkdaşları futbol klubunda işə başladılar

Tanınmış telejurnalistlər Gündüz Abbaszadə və Emin Abbasov yenidən klubda çalışacaqlar.

İdmanxeber.com-un məlumatına görə, hər iki media nümayəndəsi birinci divizionun debütantı “Xəzər”lə anlaşıb.

Abbasov Bakı klubuna icraçı direktor təyin edilib. Abbaszadə isə “Xəzər” klubunun baş meneceri kimi fəaliyyət göstərəcək.

Gündüz Abbaszadə eyni zamanda, “CBC Sport”da şərhçiliyə davam edəcək.
Qeyd edək ki, G.Abbaszadə daha əvvəl “Neftçi”də, E.Abbasov isə “Şüvəlan”da çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43