İdman

“CBC Sport”un maliyyə problemi “Topaz”a görədi?

Bir müddətdi ki, “CBC Sport”da maliyyə problemlərinin olduğu haqda mətbuatda xəbərlər çıxır.

Yeni məlumatlara görə kanalın əməkdaşlara aylıq məvaciblərin ödənməsində yaranan problemi hələ həll edilməyib. Adının açıqlanmasını istəməyən bir neçə işçinin dediyinə görə yanvar ayının maaşları hələ tam ödənməyib. Kanaldan ayrılmalara səbəb kimi də əsasən bu göstərilir.

Məlumata görə, “CBC Sport”un maliyyə probleminə səbəb “Topaz”dı.

2015-ci ilin payızında yaradılan telekanalın SOCAR-dan maliyyələşdiyi bildirilsə də, ilk  il üçün (2016) “Topaz”dan 2 milyon verilibmiş. Nədənsə bu il ödənişdən imtina edən şirkətin bu addımı atması səbəbini öyrənə bilməsək də, kanaldan da pulsuzluğun bundan, yaxud başqa amildən qaynaqlandığını  soruşa bilmədik – rəhbərlik cavab vermədi.

Məlum olan isə budu ki, “CBC Sport”da pul yoxdur və maaşların gecikməsi üçüncü aya keçir.

Yaranandan sürətlə yeniliklərə imza atan, ölkədə ilk HD yayım formatı tətbiq edən, maraqlı layihələr gerçəkləşdirən, ötən ilin yayından isə texniki problemləri artmaqda olan kanala çətinlikdən  çıxmağı arzulamaq qalır.(Futbolpress.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43