Ölkə futbolu

Cəfərov yeni komandasında qol hesabını açdı

Azərbaycan yığmasının futbolçusu Elnur Cəfərovun formasını geyindiyi “Tondela” klubu növbəti yoxlama matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, əsasən gənclərə üstünlük verən Portuqaliyanın “Tondela” komandası yerli “Mortaqua” ilə qarşılaşıb. 

Elnur Cəfərovun komandası rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Həmyerlimizin 87-ci dəqiqədə qol vurduğu oyunda digər qolları Krislan (23 və 29), Fabio Nunes (82) vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43