Dünya futbolu

“Çelsi” 15 yaşlı futbolçu transfer etdi

“Çelsi” “Qlazqo Reyncers” klubunun 15 yaşlı futbolçusu Billi Qilmoru transfer edib.

Bu haqda xəbəri Şotlandiya klubunun rəsmi saytı yayıb. Gənc yarımmüdafiəçi növbəti mövsümdən “Çelsi”nin akademiyasında oynayacaq.

B.Qilmoru “Bavariya”, “Barselona” və “Arsenal” kimi klublar transfer etməyə çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43