20 Fevral 2020
Kateqoriyasız

“Çelsi” – “Arsenal” oyunu AFFA-ya 13 milyona başa gəldi

UEFA Avropa Liqasının 2018/19 mövsümünün Bakıda keçirilən final oyununa xərclənən vəsaitin məbləği məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, həmin məbləğ AFFA-nın bu gün “Bulvar otel”də keçirilən növbəti Konfransında açıqlanıb. Assosiasiya rəsmisi Xalid Cavadov bildirib ki, ötən ilin mayında Bakı Olimpiya Stadionunda keçirilən “Çelsi” – “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

Konfransında gedişində AFFA-nın baş mühasibi Xalid Cavadov 2019-ci ilin maliyyə hesabatını təqdim edib. O bildirib ki, 2019-cu ildə AFFA-ya daxil olan vəsait 29 948 618 manat, xərc istiqaməti isə 23 423 308 manat təşkil edib.

Oxşar xəbərlər

Bordin “Sumqayıt”la oyundan danışdı

admin

“Mourinyo dedi ki, sənə 35 milyon vermişik, bu nə mənasız oyundur oynayırsan” – Essyenlə Bakıda reportaj

admin

Qarayev bu səbəbdən Azərbaycan millisindən imtina edib

admin