Kateqoriyasız

“Çelsi” – “Arsenal” oyunu AFFA-ya 13 milyona başa gəldi

UEFA Avropa Liqasının 2018/19 mövsümünün Bakıda keçirilən final oyununa xərclənən vəsaitin məbləği məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, həmin məbləğ AFFA-nın bu gün “Bulvar otel”də keçirilən növbəti Konfransında açıqlanıb. Assosiasiya rəsmisi Xalid Cavadov bildirib ki, ötən ilin mayında Bakı Olimpiya Stadionunda keçirilən “Çelsi” – “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

Konfransında gedişində AFFA-nın baş mühasibi Xalid Cavadov 2019-ci ilin maliyyə hesabatını təqdim edib. O bildirib ki, 2019-cu ildə AFFA-ya daxil olan vəsait 29 948 618 manat, xərc istiqaməti isə 23 423 308 manat təşkil edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43