22 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” braziliyalı futbolçusunu satdı

“Çelsi”nin vingeri Anjelo Qabriel “Əl-Nəsr”ə keçib.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı braziliyalının transfer qiyməti 23 milyon avrodur. Anjelo ötən mövsümü “Strasburq”da icarə əsasında keçirib.

O, Liqa 1-də çıxdığı 21 matçda 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43