21 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” fransalı üçün 60 milyon verir

“Barselona”nın futbolçusu Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Çelsi” maraqlıdır. London klubunun rəhbərliyi Kundenin transferi üçün 60 milyon avro ayırmağa hazırdır.

Futbolçunun özünün “Barselona”da qalmaq istədiyi bildirilir.

25 yaşlı müdafiəçi bu mövsüm komandasının heyətində 6 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43