“Çelsi” bu yay “Bavariya”nın hücumçusu Harri Keyni almaq niyyətindədir
İdmanxeber.az-ın məlumatına görə, komanda bir kubok qazana bilməsə, ingilis forvardın Münhen klubunu tərk etmək şansı artacaq.
Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Münhen komandasının tərkibində hücumçu 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı 30 yaşlı futbolçunun dəyərini 110 milyon avro qiymətləndirib. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.