İdman

“Çelsi” “İnter”in əsas hücumçusuna göz dikib

“İnter” klubunun kapitanı Mauro İkardi üçün daha bir təklif gəlib.

İdmanxeber.com-un məlumatına görə, Avropa nəhənglərinin nəbz yoxladığı forvarda bu dəfə İngiltərənin “Çelsi” klubu “elçi düşüb”. London təmsilçisi bunun üçün Milan klubuna 63 milyon avroluq təklif göndərib. “İnter” bu təklifə münasibət bildirməyib. İtaliya mətbuatında gəzən xəbərə görə, Seriya A təmsilçisi argentinalı forvardı daha bahalı qiymətə satmağa razı ola bilər.

Qeyd edək ki, 25 yaşlı forvard 2013-cü ildən “İnter”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43