08 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” isveçrəli futbolçu ilə güclənə bilər

“Çelsi” Ris Ceymsin zədəsindən sonra sağ cinah müdafiəçisi axtarışına başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, əsas hədəflərdən biri Münhenqladbax “Borussiya”sında çıxış edən Niko Elvedidir.

27 yaşlı isveçrəli 2015-ci ildən “Borussiya”da çıxış edir. O, bu mövsüm 14 oyunda olub və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43