Dünyadan

“Çelsi” Madrid klubunun daha bir üzvünü rəsmən heyətinə qatdı

“Çelsi” Madrid “Atletiko”sundan növbəti futbolçunun keçidini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, London klubu Madrid təmsilçisinin üzvü Felipe Luisi də heyətinə qatıb. 

Klubun rəsmi saytında yer alan xəbərə görə, bu transfer qarşılığında “Çelsi” qarşı tərəfə 25 milyon funt sterlinq ödəyib.

28 yaşlı müdafiəçi ilə neçə illik müqavilə imzalanması haqda məlumat verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43