16 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” nigeriyalı forvard üçün böyük məbləğ ödəməyə hazırdı

”Çelsi”nin yaydakı əsas hədəfi Viktor Osimheni heyətinə qatmaq olacaq.

İdmanxeber.az İtaliya KİV-inə əsasən xəbər verir ki, London klubu nigeriyalı forvardın sərbəstqalma məbləğini ödəməyə hazırdır. Bu məbləğin 120-130 milyon avro arasında olduğu deyilir.

Osimhen bu mövsüm “Napoli”nin heyətində 18 oyuna çıxıb və 8 qol vurub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43