Dünya futbolu

“Çelsi” Osimhen üçün 120 milyon verir

“Çelsi” “Napoli”nin hücumçusu Viktor Osimhenlə maraqlanır

İdmanxeber.az-ın məlumatına görə, London klubu müqavilədə təzminat kimi göstərilən 120 milyon avro ödəməyə hazırdır. Transfer 2024-cü ilin yayında baş verə bilər.

Xatırladaq ki, dekabrda Osimhen “Napoli” ilə müqaviləsini 2026-cı ilə qədər uzadıb.

Bu mövsüm 25 yaşlı nigeriyalı neapolluların heyətində 18 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43