08 Sentyabr 2024
Dünyadan

“Çelsi” Oskarı Poqbaya qurban verir

Avopa nəhənglərinin transfer siyahısında olan “Yuventus”un ulduz futbolçusu Pol Poqbaya daha bir müştəri İngiltərədən çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqa nəhəngi “Çelsi” fransalı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

London klubu Poqba üçün qarşı tərəfə 57 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Hətta “zadəganlar” Poqba transferi qarşılığında “Yuventus”a Oskarı da verməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43