29 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” rekord transferə hazırlaşır

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Nyukasl”da çıxış edən Aleksandr İsakı heyətinə qatmaq niyyətindədi. “Zadəganlar”ın hücumçu üçün rekord məbləğ ödəməyə hazır olduğu bildirilir.

Aleksandr İsak 2022-ci ilin yayında “Real Sosyedad”dan 70 milyon avroya “Nyukasl”a keçib.

O, ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 25 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43