09 Fevral 2023
Dünya futbolu

“Çelsi” üçün Londona gəldi

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, komanda PSV-nin futbolçusu Çukvunonso Maduekeni rənglərinə bağlayıb. 20 yaşlı oyunçunun tibbi baxışdan keçməsi üçün Londona gəldiyi bildirilir.

Madueke ilə uzunmüddətli müqavilə imzalanacaq. Xəbərdə “Zadəganlar”ın gənc futbolçu üçün 35 milyon avro ödəyəcəyi vurğulanıb.

O, cari mövsüm PSV forması ilə 9 oyun keçirib və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43