Dünya futbolu

“Çelsi” yalnız kağız üstündə yaxşı komandadı” – Konte

“Biz oyunun əvvəlindən matça münasibəti düz qurmadıq. İndi biz çoxlu çalışmalıyıq, axı biz kağız üzərində əla komandayıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Çelsi” komandasının baş məşqçisi ANtonio Konte deyib.

İngiltərə Premyer Liqasının VI turunda “Arsenal” səfərindən məğlub dönən (0:3) “zadəganlar”ın çalışıdırıcısı oyun haqda danışıb:

“Komandanın əsas problemi də bu olub. Günahı bir oyunçuya atmaq olmaz. Heç nə alınmayanda bir futbolçu hər şeyi çevirə bilməz. Ona görə də, Keyhlin səhvindən danışmaq istəmirəm. Qalib gələn və uduzan bütün komandadı. “Arsenal”dan 3 qol buraxmaq – biabırçılıqdı. Biz buna bir daha yol verməməyə borcluyuq” 

BBC


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43