Dünya futbolu

“Çelsi” yayın sonuna qədər 3 futbolçu alacaq

“Çelsi”nin baş məşqçisi yayın sonuna qədər heyətə ən azı 3 yeni futbolçu qata biləcək.

İdmanxeber.com-un məlumatına görə, belə bir vədi mütəxəssisə klub rəhbərliyi verib. Konte cinah müdafiəçisi, xavbek və forvard almaq istəyir.

Qeyd edək ki, İngiltərə mətbuatı “Çelsi”nin Daniel Drinkouter, Aleks Oksleyd Çemberlen, Serj Orye və Van Deyklə maraqlandığını yazır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43