Kateqoriyasız

“Çelsi”də ciddi itki: Bakıya gəlməyəcək

“Çelsi”nin futbolçusu  Ruben Loftus-Çik Avropa Liqasının Bakıdakı finalını buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, ingilis futbolçu bu gün əməliyyat olunacaq.

“Nyu-İnqlend Revolyuşn”la yoxlama matçında zədələndiyi üçün əməliyyat olunacaq 23 yaşlı yarımmüdafiəçinin bərpa müddəti məlum deyil.

Qeyd edək ki, “Çelsi” və “Arsenal” arasında final görüşü mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43