Kateqoriyasız

“Çelsi”də gərginlik: Sarri əsəbiləşdi, məşqi yarımçıq tərk etdi

Bu gün “Arsenal”la qarşılaşacaq “Çelsi”nin oyunöncəsi məşqində xoşagəlməz hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun hazırlıq prosesinin gedişində Qonzalo İquainlə David Luis mübahisə ediblər.

Futbolçularının mübahisə etdiyini görən “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri isə məşqi yarımçıq qoyaraq, əsəbi şəkildə meydançanı tərk edib. Hətta italiyalı mütəxəssis meydandan çıxarkən başındakı kepkanı yerə ataraq, təpikləyib.

Qeyd edək ki, “Çelsi” – “Arsenal” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43