Dünya futbolu

“Çelsi”də ciddi itki

“Çelsi” İngiltərə Premyer Liqasının 29-cu turunda “Stok Siti” ilə matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komanda aparıcı futbolçularından biri olan Eden Azarın köməyindən yararlana bilməyəcək. Buna səbəb 26 yaşlı belçikalı futbolçunun zədələnməsidir. Zədə səbəbi ilə onun Belçika millisinin heyətində Rusiya və Yunanıstana qarşı da oynayacağı məlum deyil.

Qeyd edək ki, bu gün keçiriləcək “Stok Siti” – “Çelsi” matçı saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43