Dünyadan

“Çelsi”də Con Terridən sonra növbəti imza

"Çelsi"nin aparıcı futbolçularından olan Frank Lempard London klubu ilə 1 illik müqavilə imzalayıb.

İdmanxeber.com-u məlumatına görə, "zadəganlar" mövsüm sonunda anlaşması bitən futbolçu ilə müqaviləni 1 il müddətində uzadıb. Yeni müqaviləyə əsasən Lempard həftədə 150 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, London klubu bundan əvvəl Con Terri ilə müqavilə yeniləmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43