Dünya futbolu

“Çelsi”dən Eden Azara yeni müqavilə

“Çelsi” futbolçusu Eden Azara yeni müqavilə təklif etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, London klubu belçikalı yarımmüdafiəçinin yayda “Real”a mümkün keçidinin qarşısını almaq üçün onunla müqavilənin müddətini uzatmaq istəyir. E.Azar yeni müqavilə imzalayacağı təqdirdə, həftəsinə 200 min funt qazanacaq.

Qeyd edək ki, E.Azar 2012-ci ildən “Çelsi”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43