Ölkə futbolu

“Çelsi”nin danışıq apardığı futbolçu “Sabah”da

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “bayquşlar” Xorvatiyanın “Slaven Belupo” komandasından İvan Lepinitsa ilə anlaşıb. İddia edilir ki, tərəflər artıq bütün məsələlərdə razılığa gəlib. 

“Sabah”ın futbolçuya qarşılıq Xorvatiya klubuna 400 min avro təzminat ödəyəcəyi bildirilir. O, bir dönəm  ölkəsinin “Riyeka” və “Zadar” klublarının formasını geyinib.

Yarımmüdafiəçi bir neçə il öncə “Çelsi” ilə danışıq aparsa da, transfer koronavirus pandemiyasına görə dayandırılıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43