Dünya futbolu

“Çelsi”nin futbolçusu “Beşiktaş”a keçir

“Çelsi”dən ayrılacağı gözlənilən müdafiəçi Branislav İvanoviç karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Haberturk” nəşri məlumat yayıb.

Məlumata görə, 32 yaşlı serb müdafiəçi “Beşiktaş”a keçməyə razılıq verib. Mövsüm sonunda “Çelsi” ilə müqaviləsi başa çatacaq futbolçu azad agent kimi Türkiyə klubuna transfer olunacaq.

Qeyd edək ki, cari mövsüm İngiltərə çempionatında 9 oyuna çıxan futbolçu 1 qol ötürməsi ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43