25 Yanvar 2021
Dünya futbolu

“Çelsi”nin futbolçusu Çin klubunda

“Çelsi”nin futbolçusu Ramires  Santos karyerasını Çində davam etdirəcək.
 
İdmanxeber.com-un məlumatına görə, sözügedən ölkənin “Cyanqsu Suninq” klubu braziliyalı yarımmüdafiəçinin transferi məsələsində “zadəganlar”la razılığa gəlib. Bu keçid çinlilərə 25 milyon funta başa gəlib. Ramiresin yaxın günlərdə imza atacağı müqavilənin detalları barədə məlumat verilmir.
 
Qeyd edək ki, 2010-ci ildə “Benfika” 17 milyon funt müqabilində transfer edilən “sambaçı” bu klubda çıxış etdiyi müddətdə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, Avropa Liqasının, İngiltərə Federasiya və Liqa kubokunun qalibi olub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Biliç “Fənərbağça”nın başına keçir?

admin

Günün canlı oyunları – Etopaz – da

admin

Premyer Liqanın ən yaxşısı bəlli oldu

admin