Dünya futbolu

“Çelsi”nin futbolçusuna ərəblərdən təklif var

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı braziliyalıya adı açıqlanmayan ərəb klublarından bir neçə təklif gəlib. Silvanın “Çelsi” ilə müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir, lakin baş məşqçi dəyişikliyindən sonra futbolçunun komandada qalıb-qalmayacağı bəlli deyil.

O, 2020-ci ilin avqustundan London klubunda çıxış edir.

2022/23 mövsümündə bütün yarışlarda 34 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43