“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallager karyerasını başqa klubda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Tottenhem” oyunçunun xidmətində maraqlıdır. Yaxın vaxtda tərəflər arasında danışıqlar start götürəcək.
Futbolçu ilə “Atletiko” da maraqlanır.
Ötən mövsüm Qallager 50 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.