Dünya futbolu

“Çelsi”nin gənci hər kəsi qabaqladı

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer komandada mövsümünün ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, o, azarkeşlər tərəfindən keçirilən səsvermədə hamını qabaqlayıb. Futbolçu cari mövsüm 34 matçda iştirak edib, 22 qol vurub, 11 qolun ötürməsini edib.

Palmer London klubuna ötən yay “Mançester Siti”dən keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43