Dünya futbolu

“Çelsi”nin sabiq baş məşqçisi “Trabzonspor”da

Mustafa Reşit Akçayın istefasından sonra baş məşqçisiz qalan “Trabzonspor” axtarışlarını davam etdirir.

Türkiyənin “Fanatik” saytının yaydığı xəbərə görə, Trabzon təmsilçisini “Çelsi”nin sabiq baş məşqçisi Roberto Di Matteo çalışdıra bilər. “Zadəganlar”dan ayrıldıqdan sonra işsiz qalan italiyalı mütəxəssisin türk klubunu çalışdırma ehtimalı böyükdür. Hadisələrin necə inkişaf edəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43