İdman

“Çelsi”nin transferləri dayanmır: “Lester” və “Torino”dan futbolçular gəldi

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” heyətinə 2 yeni futbolçu qatıb. 

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi transfer pəncərəsinin son günü 1 yarımmüdafiəçi və 1 müdafiəçi ilə güclənib.

 
Belə ki, “Lester”dən transfer olunan Daniel Drinkuoter 5 illik müqaviləyə imza atıb. 27 yaşlı ingiltərəli yarımmüdafiəçinin ilinə 35 milyon funt-sterlinq alacağı bildirilir.
 
“Çelsi”nin digər transferi isə İtaliya “Torino”sundan gəlib. 25 yaşlı Davide Zappakosta növbəti 4 ili bu komandada oynayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43