İdman

“Çelsi”nin üzvü məşq zamanı huşunu itirdi

İngiltərənin “Çelsi” klubunun futbolçusu Nqolo Kante məşq zamanı huşunu itirib.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı fransalı yarımmüdafiəçi bu səbəbdən martın 4-də Premyer Liqanın XXIX turunda “zadəganlar”ın səfərdə “Mançester Siti”yə 0:1 hesabı ilə uduzduğu oyunda iştirak etməyib.

Futbolçunun ürəyində problem yarandığı güman olunduğu üçün müayinəyə göndərilib. Lakin testin nəticəsi ehtimalın doğru olmadığını göstərib. Futbolçunun hansı səbəbdən huşunu itirdiyini dəqiqləşdirmək mümkün olmayıb. 

O, yenidən heyətə qayıdıb və martın 5-də ümumi qrupda məşq edib.

Qeyd edək ki, N.Kante “France Football” nəşrinin keçirdiyi sorğuda Fransanın 2017-ci il üçün ən yaxşı futbolçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43