08 Sentyabr 2024
İdman

Çempion güləşçimiz: “Qələbəni anama həsr edirəm”

“İlk Avropa oyunlarında bütün idmançılar istəyir ki, qızıl medal qazansın. Mən də qızıl medal qazanmaqla Azərbaycan idman tarixinə adımı yazdırdım”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında Yunan-Roma güləşi üzrə millimizin üzvü Elvin Mürsəliyev deyib.

75 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Elvin qələbəni anasına həsr etdiyini bildirib:

“Qabağıma məqsəd qoymuşdum ki, çempion olacam. Ən çətin görüşlərim Gürcüstan və Rusiya güləşçiləri ilə oldu. Gürcüstan idmançısı ilə dünya çempionatında bir dəfə qarşılaşmışdım. Ancaq rus idmançı ilə ilk dəfə idi görüşürdüm. Finala qədər gəlmişdim, qızılı əldən vermək istəmirdim. Şükürlər olsun ki, qələbə qazandım. Bu qələbəni anama həsr edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43